Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2022-ci ildən saxlandığı klinikadan yenidən həbsxanaya qaytarılıb. Bu barədə ölkənin Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məlumat yayıb.
Doğru.az xəbər verir ki, TASS-ın məlumatına əsasən, açıqlamada deyilir: “Məhkum Mixail Saakaşvilinin səhhətinin vəziyyəti qənaətbəxş olduğundan və stasionar müalicəyə ehtiyacı olmadığından, o, mülki sektorun klinikasından buraxılıb və 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb”.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanda Saakaşviliyə qarşı dövlət çevrilişinə çağırışlara görə cinayət işi açılmışdı.
DOĞRU.AZ




























