Moldova Qərbin müstəmləkə siyasətinin növbəti qurbanı olmaq riski ilə üzləşir.
TASS xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev xəbərdarlıq edib.
Onun sözlərinə görə, Moldova hakimiyyəti xalqın fikrinə qulaq asmır və Qərbin təzyiqi ilə hərəkət edərək, Avropa İttifaqına daxil olmağa doğru gedir. Beləliklə, ölkə suverenlikdən və milli kimlikdən imtina edərək rumınlaşmaya gedir, Patruşev bildirib.
“Moldova açıq, həyasızcasına və rüsvayçılıqla, beynəlxalq hüquq normalarını və ölkə qanunlarını, o cümlədən Konstitusiyanı pozmaqla həyata keçirilən Qərbin müstəmləkəçilik siyasətinin növbəti qurbanına çevrilmək riskini daşıyır”, – deyə Təhlükəsizlik Şurasının katibi yekunlaşdırıb.
Mənbə: TASS