Moskva Kiyevlə danışıqları İstanbul formatında davam etdirməyə hazırdır.
Doğru.az xəbər verir ki, bunu “İzvestiya”ya açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib. Diplomatın sözlərinə görə, Rusiya bunun üçün “müvafiq əsas olduğu halda” addım atmağa hazırdır: “Rusiya öz təklifini irəli sürüb və memorandum layihəsi hazırlayıb. Və bu halda, iyul ayından başlayaraq Rusiya bu hərəkətləri davam etdirməyə hazır idi”.
Miroşnik qeyd edib ki, Moskva İstanbul formatından geri çəkilməyib və bu istiqamətdə mövqeyi dəyişməzdir.
Diplomat həmçinin bəyan edib ki, Avropa sülh prosesini pozmaq və məsuliyyəti Rusiyanın üzərinə qoymaq üçün ABŞ-ın Ukrayna ilə bağlı planını təhrif etməyə çalışır.
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski də iddia edib ki, Kiyevin avropalı müttəfiqləri Ukrayna böhranının həlli üçün Rusiya və ABŞ-ın sülh səylərini torpeda etməyə çalışırlar.
DOĞRU.AZ




























