NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer İsveçrəyə səfəri zamanı neytral statusa malik bu ölkə ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək.
TASS bu barədə İsveçrə hökumətinə istinadən xəbər verir.
Bauer müdafiə, ictimaiyyətin müdafiəsi və idman naziri Viola Amherd və ordunun rəisi Tomas Süsli ilə görüşəcək. NATO nümayəndəsi həmçinin Spiezdə yerləşən Radioloji və Kimyəvi-Bakterioloji Analiz Laboratoriyasına baş çəkəcək, material qeyd edir.
“Səfər zamanı Rob Bauer Viola Amherd ilə görüşərək təhlükəsizliklə bağlı vəziyyət və təhlükəsizlik siyasəti baxımından əməkdaşlığın intensivləşdirilməsi yollarını müzakirə edəcək”.
Bauer Tomas Süsli ilə Ukraynadakı vəziyyəti və onun Avropa və Şimali Atlantika Alyansı üçün nəticələrini müzakirə edəcək.
Mənbə: TASS