image-n1karobka_ads
image-123
image-17649452161809433924_1200x630backend

Neftçalada “I Balıq” Festivalı keçirilib – FOTO

image-ad_qayo_720x110px

Neftçala rayonunda balıqçılıq və akvakultura sahəsinin təbliği, ölkədə balıq ehtiyatlarının qorunması və aqrar innovasiyaların geniş ictimaiyyətə çatdırılması məqsədilə “I Balıq” Festivalı təşkil olunub.

Doğru.az xəbər verir ki, festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə bölgədə fəaliyyət göstərən balıqçılıq və akvakultura müəssisələri, emal şirkətləri məhsullarını təqdim edib, ziyarətçilər isə təzə, hisə verilmiş və dondurulmuş balıq növləri və müasir akvakultura texnologiyaları ilə tanış olublar.

Festivalın açılışında Kənd Təsərrüfatı Nazirliyinin müşaviri Zaur Əliyev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar. Onlar festivalın yerli sahibkarlığın və turizmin inkişafına, fermer-istehlakçı əlaqələrinin gücləndirilməsinə və aqrar innovasiyaların yayılmasına töhfə verdiyini bildiriblər.

Festival çərçivəsində balıq buraxılışı, müxtəlif qiymətli balıq növlərinin nümayişi, akvakultura proseslərini əks etdirən texnoloji təqdimatlar və USM diaqnostika avadanlıqları vasitəsilə balıq yetişdirilməsinin mərhələləri təqdim olunub. Media nümayəndələri üçün infoturlar və müəssisə ziyarətləri də təşkil edilib.

Tədbirlə paralel olaraq 90-cı yubiley Aqrar Biznes Festivalı keçirilərək müasir aqrar texnologiyalar, kənd təsərrüfatı texnikaları və startap layihələri nümayiş etdirilib.

Neftçalanın ilk “Balıq Festivalı” bölgənin balıqçılıq irsi və turizm imkanlarının tanıdılması baxımından uğurlu və rəngarəng layihə kimi yadda qalıb.

DOĞRU.AZ

image-1764945216458437993_1200x630 image-17649452164022143217_1200x630 image-17649452165427318956_1200x630 image-17649452165531053178_1200x630 image-17649452162203161808_1200x630 image-17649452162586218291_1200x630 image-17649452165163835696_1200x630 image-17649452161528955692_1200x630 image-17649452165442026300_1200x630 image-17649452162805015153_1200x630 image-17649452164693334074_1200x630 image-17649452163138028775_1200x630 image-17649452162077811775_1200x630 image-1764945216319874095_1200x630 image-1764945216440285524_1200x630 image-17649452163366420842_1200x630 image-17649452166321542224_1200x630 image-17649452163064737805_1200x630 image-1764945216765829788_1200x630 image-17649452166270048406_1200x630 image-17649452163040239635_1200x630 image-17649452164525647797_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki