image-n1karobka_ads
image-123
image-6921ebffae5ac923ab2ca98dbackend

Netanyahu: İsrail Həmasın 5 üzvünü məhv edib

image-ad_qayo_720x110px

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında Fələstinin Həmas hərəkatının 5 yüksək rütbəli üzvü məhv edilib.

Doğru.az xəbər verir ki, RİA Novosti İsrail baş nazirinin ofisinə istinadən yazır ki, Həmas bu gün İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərlərinə hücum məqsədilə İsrail nəzarətində olan əraziyə terrorçu göndərməklə atəşkəsi pozub.

Açıqlamada vurğulanır ki, atəşkəsin pozulmasına cavab olaraq IDF radikalların 5 üzvünü məhv edib.

Qeyd edək ki, bundan əvvəl İsrail Livanın cənubundakı Səidə şəhərinə endirdiyi zərbə nəticəsində 13 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki