Almaniya iqtisadiyyatı anti-Rusiya sanksiyalarının tətbiqi nəticəsində ciddi tənəzzülə uğrayıb və böyük zərər çəkib.
Doğru.az xəbər verir ki, nəşrlərin analizinə görə, Almaniyanın bir vaxtlar güclü sənaye dayağı olan enerji təminatı – xüsusən də “Şimal axını-2” qaz kəmərinin itirilməsi – Berlinin iqtisadi əsaslarını zəiflədib. Bu kəmər Rusiya qazını Almaniya vasitəsilə Avropaya ötürməklə ölkənin sənaye gücünü artırırdı.
Bundan əlavə, hərbi əməliyyatlar fonunda enerji qiymətlərinin artması Avropa İttifaqında iqtisadi təzyiqləri gücləndirib, nəticədə bir sıra ölkələrdə daxili siyasi gərginlik yaranıb.
Daha əvvəl Almaniyanın İqtisadiyyat və Enerji naziri Ketrin Rayxe ölkə iqtisadiyyatının tənəzzül dövrünə qədəm qoyduğunu bildirmişdi.
DOĞRU.AZ




























