image-n1karobka_ads
image-123
image-693b4f0502e8bd1daf432371backend

Puşkov: “Dörd ölkənin Aİ-dən çıxması onun sonu demək olar”

image-ad_qayo_720x110px

Rusiyalı senator Aleksey Puşkov İtaliya, Macarıstan, Avstriya və Polşanın Avropa İttifaqından çıxmasının təşkilat üçün “son” ola biləcəyini bildirib.

Doğru.az xəbər verir ki, senator bu fikri Telegram kanalında ABŞ prezidenti Donald Trampın həmin ölkələri Aİ-dən çıxarmaq istədiyi barədə yayılan xəbərləri şərh edərkən deyib.

Puşkov xatırladıb ki, Tramp bir müddətdir Avropa güclərinin iştirakı olmadan əsas və nüfuzlu ölkələrdən ibarət ayrıca qrup yaratmaq planlarını müzakirə edir. Onun sözlərinə görə, bu, ABŞ ilə Avropa arasında uçurumun daha da dərinləşdiyini göstərir.

Senator qeyd edib ki, Tramp Aİ-ni və təşkilata rəhbərlik edən “sol-liberal klanı” özünə açıq şəkildə düşmən və rəqib hesab edir.

Puşkov eyni zamanda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Trampa Aİ işlərinə qarışmamaq barədə xəbərdarlıq etməsinin diqqət çəkdiyini bildirib:

“Onun panikası başa düşüləndir: dörd ölkənin Aİ-dən çıxması Avropa İttifaqının sonu demək olardı. Lakin Trampın bu xəbərdarlıqlara məhəl qoyacağı inandırıcı görünmür”.

Xatırladaq ki, bundan əvvəl Almaniya kansleri Fridrix Merts ABŞ hakimiyyətinin Aİ-ni yanlış olaraq tək bir qurum kimi qəbul etdiyini demişdi.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki