image-2000x150px
image-123
image-ads_atlas
image-2023-10-02t143820z_2137960904_rc2dk3ap44nw_rtrmadp_3_ukraine-crisis-eu-pic_32ratio_900x600-900x600-86685backend

Putin NATO-nun gücünü sınaya bilər

image-728x90px

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinin müxbiri Peter Şturm bildirib ki, Rusiya prezidenti Vladimir Putin Alyansın Ukraynanı ərazilərini itirmədən üzvlüyünə qəbul edəcəyi təqdirdə NATO-nun gücünü sınaya bilər. 

“Belə bir addım NATO-nun birbaşa müharibəyə girməsinə bərabər olardı, çünki Alyans öz ərazisinin hər qarışını müdafiə edəcəyinə zəmanət verir. Buna görə də, Putin öz qoşunlarına cəbhənin uzaq hissəsində yalnız bir neçə metr irəliləməyə icazə verməli və beləliklə, çox risk etmədən NATO-nun gücünü sınamalı olacaq”, – deyə analitik vurğulayıb.

Bununla da o, Ukraynanın NATO-ya qəbulu ssenarisinin indi nəzarət etdiyi sərhədlər daxilində yolverilməzliyini əsaslandırıb. Bu təkliflə əvvəllər NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen çıxış edib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki