image-2000x150px
image-123
image-ads_atlas
image-rtx6pr20-pic_32ratio_900x600-900x600-18564backend

Rusiya Xarici İşlər Nazirliyindən xəbərdarlıqq: ABŞ Qazaxıstanda öz təsirini genişləndirməyə çalışır

image-728x90px

ABŞ ordusu Qazaxıstanda sülhməramlı təlim proqramları üzərində təsirini genişləndirməyə çalışır.

Bunu RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə üçüncü departamentinin direktoru Aleksandr Sternik deyib.

O xatırladıb ki, oktyabrın sonunda sosial şəbəkələrdə Qazaxıstanda guya NATO mərkəzinin açılması barədə məlumatlar yayılıb. Daha sonra bu xəbər təkzib edilərək, söhbət Qazaxıstan Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzində yeni konfrans zalının açılışından getdiyinə aydınlıq gətirildi.

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə üçüncü departamentinin direktorunun sözlərinə görə, 2006-cı ildən NATO standartları üzrə təlim keçir.

“Aydındır ki, Amerika tərəfi Qazaxıstanda öz təsirini genişləndirmək üçün bu cür hərəkətlərlə özünü “reklam” etməyə çalışır”, – Sternik bildirib.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki