Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bildirib ki, İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini özünümüdafiə adlandırmaq olmaz. Onun sözlərini TASS sitat gətirir.
Onun sözlərinə görə, Fələstin anklavında İsrailin dinc əhaliyə qarşı cinayətləri güclənir, günahsız insanlar əziyyət çəkir, tibb müəssisələri və mülki infrastruktur dağıdılır.
Diplomat əlavə edib ki, Ər-Riyad Fələstin-İsrail münaqişəsinə beynəlxalq ictimaiyyətin reaksiyasını gücləndirmək və Qəzza zolağında sadə insanların qanının axıdılması və insan haqlarının pozulmasını dayandırmaq üçün onun həlli istiqamətində Moskva və digər tərəfdaşlarla əməkdaşlıq etmək niyyətindədir.
Mənbə: TASS