image-2000x150px
image-123
image-ads_atlas
image-20230531_gaf_u39_445-pic_32ratio_1200x800-1200x800-7197backend

Slovakiya Rusiyadan nüvə stansiyaları üçün yanacağa qarşı sanksiyalara qarşı çıxıb

image-728x90px

Slovakiyanın xarici və Avropa işləri naziri Juraj Blanar bildirib ki, ölkə Rusiyaya qarşı sanksiyaların 12-ci paketinə AES üçün nüvə yanacağının daxil edilməsinə qarşı çıxıb.

Bu barədə TASS məlumat yayıb.

“Bizim üçün qırmızı xətt ondan ibarətdir ki, orada nüvə yanacağı olmamalıdır. Atom elektrik stansiyalarımız hələ ki, alternativ yanacağa keçə bilmir”, – Blanar bildirib.

Bundan əvvəl bildirilmişdi ki, Aİ-nin 27 ölkəsinin səfirləri Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin ilk müzakirəsini keçiriblər. Qeyd olunub ki, yeni anti-Rusiya sanksiyalarının razılaşdırılmasına qədər xeyli vaxt keçməlidir.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki