image-n1karobka_ads
image-123
image-6903e645ae5ac9455602127cbackend

Slutski Maşa və Ayı filminin nümayişini məhdudlaşdırmaq fikrini tənqid etdi

image-ad_qayo_720x110px

LDPR lideri Leonid Slutski “Maşa və Ayı” cizgi filminin nümayişinin məhdudlaşdırılması ideyasını sərt tənqid edib.

Doğru.az xəbər verir ki, siyasətçi TASS-a açıqlamasında belə fikirlərin insanlarda deputatların və ictimai xadimlərin sağlam düşüncəsinə olan inamı azaltdığını bildirib.

Slutski əlavə edib ki, bu cür təşəbbüslər “absurd”dur və insanları “düşmən olmayan yerdə düşmən axtarmağı dayandırmağa” çağırıb.

Qeyd edək ki, bundan əvvəl politoloq və ictimai xadim Vadim Popov ənənəvi dəyərlərə zidd olduğunu iddia edərək “Maşa və Ayı” cizgi filminin Rusiya televiziyaları və striminq platformalarında nümayişinin məhdudlaşdırılmasını təklif etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki