Bir vaxtlar Titanikdə ölən yaşlı cütlüyə məxsus qızıl cib saatı hərracda 1,78 milyon funt sterlinqə (təxminən 184 milyon rubl və ya 2,33 milyon dollar) satılıb.
Doğru.az xəbər verir ki, bu, gəmidən qalan xatirə əşyaları arasında dünya rekordudur.
Oyulmuş Jules Jürgensen markalı saatın birinci dərəcəli sərnişin Isidor Straussa məxsus olduğu bildirilir. Onun həyat yoldaşı İsis ilə bağlı hekayəsi Titanik fəlakətinin ən məşhur əfsanələrindən biri kimi qəbul edilir.
Cütlük Ceyms Kemeronun məşhur “Titanik” filmində gəmi batarkən bir-birini qucaqlayan yaşlı cütlük səhnəsi ilə təsvir olunub. Hərracda satılan cib saatı təxminləri üstələyərək rekord qiymətə alıcı tapıb.
DOĞRU.AZ




























