image-ads_n1karobka_mobile
image-6914e0e502e8bd1c0e79409cbackend

Tramp: “ABŞ-ın bağlanması ölkəyə 1,5 trilyon dollara başa gəlib”

image-add-a-heading

ABŞ prezidenti Donald Tramp ölkənin bağlanmasından yaranan itkiləri 1,5 trilyon dollar məbləğində qiymətləndirib.

Doğru.az xəbər verir ki, RİA Novosti Trampın sözlərini belə sitat gətirir: “Demokratlar ölkəmizi iyrənc şəkildə bağlamaq məqsədi daşıyan son çirkinlikləri ilə ölkəmizə 1,5 trilyon dollara başa gəliblər”.

Trampın fikrincə, Demokrat Partiyası bu addımları ilə bir çox insanı risk altına salıb.

Qeyd edək ki, daha əvvəl Tramp hökumət bağlanması səbəbindən Demokratik proqramların azaldılacağını bildirmiş və ABŞ administrasiyasında yaranan fasilələrə görə “kamikadze demokratları” günahlandırmışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki