ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin lideri Si Cinpinin apreldə Çinə planlaşdırılan səfərinə cavab olaraq o, ilin sonunda Vaşinqtonda dövlət səfəri edəcək.
Doğru.az xəbər verir ki, Tramp bu məlumatı Truth Social sosial şəbəkəsində paylaşıb.
Onun sözlərinə görə, Si Cinpin onu apreldə Çinə səfərə dəvət edib:
“Və bunun müqabilində o, bu ilin sonunda ABŞ-a dövlət səfərində mənim qonağım olacaq”, – Tramp qeyd edib.
Bundan əvvəl iki lider arasında telefon danışığı baş tutmuşdu.
DOĞRU.AZ




























