image-2000x150px
image-123
image-ads_atlas
image-1658916309_bayraq-turkiye-768x403backend

Türkiyə İsrailə diplomatik hücuma keçdi

image-728x90px

Türkiyə Qəzza zolağı ətrafındakı vəziyyəti sülh yolu ilə həll etmək və İsrailin hücumlarını dayandırmaq üçün “diplomatik hücuma” başlayır.

Bu barədə hökumətyönlü “Yeni Şafak” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan “telefon diplomatiyası”nı sürətləndirəcək. Ankara Fələstinin 1967-ci il sərhədlərinə qaytarılmasını israr edir.

Nəşrin yazdığına görə, Türkiyə hakimiyyəti paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə Yaxın Şərqdə davamlı sülhün bərqərar edilməsini hədəfləyib.

Bundan əlavə, Türkiyə daimi atəşkəsə nail olduqdan sonra “sülh masası”nı çağırmağa çalışacaq”, – məqalədə deyilir.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki