Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqlar zamanı Vaşinqtonun Qəzza zolağı ilə bağlı mövqeyinə görə problemlər yaratdığına görə ABŞ-ı qınayıb.
Nəşr qeyd edir ki, Fidan Türkiyə nümayəndə heyəti ilə birlikdə Fələstin-İsrail arasında gərginliyi, mülki itkiləri, Qəzzada infrastrukturun dağıdılmasını və İsrailin törətdiyi “insanlığa qarşı cinayətləri” müzakirə edib. Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Blinkenə xatırladıb ki, Parisdən tutmuş Londona və Vaşinqtona kimi bölgə və bütün dünya xalqları İsrail ordusunun Yaxın Şərqdəki münaqişədə hərəkətlərinə qarşıdırlar. Fidanın sözlərinə görə, bölgə “qəzəblə üyüdülüb”.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Vaşinqton “hamı üçün problemlər yaradır”.
“Siz həm də öz imicinizə xələl gətirirsiniz, çünki sizi İsrail cinayətlərinin himayədarı kimi görürlər”, – Fidan əlavə edib.
Mənbə: Haber Global