Türkiyəli aktyor Engin Çağlar İstanbulda baş verən yol qəzası nəticəsində 86 yaşında dünyasını dəyişib.
Doğru.az xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, hadisə İstanbulun mərkəzi Şişli səmtində baş verib. Aktyor yolu keçmək istəyərkən motosikletin vurması nəticəsində ağır xəsarət alıb və hadisə yerində dünyasını dəyişib.
Vida mərasimində çoxsaylı aktyorlar və sənət nümayəndələri iştirak ediblər. Aktyor Ediz Hun bildirib ki, Engin Çağlar icazəsiz yerdə yolu keçmiş ola bilər, lakin motosikletçinin təxminən 60-70 km/saat sürətlə hərəkət etdiyini vurğulayıb.
DOĞRU.AZ




























