Türkiyənin məşhur aktyoru Engin Çağlar İstanbulda motosiklet qəzasına uğrayaraq dünyasını dəyişib.
Doğru.az xəbər verir ki, hadisə noyabrın 1-də Şişli rayonunda baş verib. Qəzada başından və ayağından xəsarət alan aktyor təcili yardım maşını ilə xəstəxanaya aparılıb, lakin tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını itirib.
Motosikletçi polis tərəfindən saxlanılıb. Noyabrın 2-də Engin Çağların Türkiyədə dəfn mərasimi keçirilib.
DOĞRU.AZ




























