image-n1karobka_ads
image-123
image-691fe53802e8bd211c50be00backend

Üç Avropa ölkəsi Ukrayna danışıqlarına müdaxilə etmək istəyir

image-ad_qayo_720x110px

Üç böyük Avropa ölkəsi — Fransa, Böyük Britaniya və Almaniya — Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara birbaşa müdaxilə etməyə hazırlaşır.

Doğru.az xəbər verir ki, bu məlumatı “İzvestiya” Avropa diplomatik mənbəsinə istinadən yayıb. Xüsusilə vurğulanır ki, prosesə Aİ rəsmiləri deyil, məhz ayrı-ayrı ölkələrin özləri qoşulmaq niyyətindədirlər.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff Ukraynada nizamlanmaya dair yeni plan üzərində çalışırlar. KİV-lər yazır ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Vladimir Zelenskidən bu planı Şükran Gününə — noyabrın 27-nə qədər imzalamasını gözləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki