Yaponiya yanvarın 11-də kəşfiyyat peyki ilə birlikdə KXDR-dəki vəziyyət haqqında məlumat toplayacaq H-2A daşıyıcı aparatını buraxmağı planlaşdırır.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Yaponiya peyklərdən istifadə etməklə Şimali Koreyanın raket obyektlərinə nəzarət etmək niyyətindədir. Bundan əlavə, kosmik gəmi regionda baş verən təbii fəlakətlər zamanı məlumat toplamaq üçün istifadə olunacaq.
Sentyabrda Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno ölkəsinin hökumətinin ehtimal olunan ballistik raketlərin buraxılması ilə bağlı KXDR-ə etiraz etdiyini bildirib.
Bundan əvvəl Yaponiya Sahil Mühafizəsi Şimali Koreyanın, ilkin məlumatlara görə, Yapon dənizinə doğru ballistik raket atdığını bildirmişdi. Təxminən altı dəqiqə sonra Şimali Koreyanın raketinin artıq yerə düşdüyü dəqiqləşib. Daha sonra ikinci raketin buraxılması barədə məlumat yayılıb.
Mənbə: A Haber