image-n1karobka_ads
image-123
image-69397eeaae5ac916d555718cbackend

Yunanıstanda fermerlər və balıqçılar Volos limanını bağladılar

image-ad_qayo_720x110px

Yunanıstanda etiraz edən fermerlər və balıqçılar ölkənin ən böyük limanlarından biri olan Volosu fəaliyyətini dayandırmağa məcbur ediblər.

Doğru.az xəbər verir ki, ERT telekanalının məlumatına görə, Volos ticarət limanı səhər saatlarından həm qurudan, həm də dənizdən tam mühasirəyə alınıb. Fermerlər limana gedən əsas yolları traktorlarla bağlayıb, balıqçılar isə qayıqları ilə giriş-çıxışı məhdudlaşdırıblar. Hazırda aksiya iştirakçıları limandan uzaqlaşıblar.

Bundan əvvəl Krit adasındakı Heraklion hava limanı yaxınlığında fermerlər traktorlarla etiraz aksiyası keçirib, gecikmiş subsidiyaların verilməsini tələb ediblər. Onların əsas girişə doğru irəliləməsi polislə toqquşmaya səbəb olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki