İrlandiyanın baş naziri Mişel Martinlə keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, indi müharibəni bitirmək üçün “həmişəkindən daha çox” şans var.
Doğru.az xəbər verir ki, Zelenski qeyd edib ki, bu imkan mövcuddur, lakin “bəzi məsələlər hələ də işlənməlidir”.
Qeyd olunur ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın xüsusi elçisi Steven Witkoff və Jared Kushner ilə görüşündən öncə Zelenski Ukrayna münaqişəsinin asan həll olunmayacağını bildirmişdi.
Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba isə bəyan edib ki, ölkəsi “taktiki məğlubiyyət, lakin strateji qələbə” qarşısındadır.
DOĞRU.AZ




























