image-2000x150px
image-123
image-ads_atlas
image-1659091001_946ae093-ae39-4bfa-9520-96e01dbdf6b8_850backend

100 min hektarda əkilən məhsul məhv olubsa… – Bunu KİMİN AYAĞINA YAZAQ?

image-728x90px

Kənd təsərrüfatı naziri İnam Kərimov deyib ki, quraqlığa görə bu il ölkədə 100 min hektarda əkilən taxıl məhv olub”. Bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert bildirib ki, ölkədə 1 mln. hektar sahədə dənli bitkilər, 600 min hektarda buğda, 400 min hektarda isə arpa əkilmişdi: “Artıq 100 min hektarda əkilən məhsul məhv olubsa, deməli, bu il məhsuldarlığın həcmi xeyli azalacaq.

İqlimin, quraqlığın, təbii ki, təsiri var. Amma ən böyük bəla əldə olan resurslardan belə normal istifadə edə bilməməkdir. İki önəmli problem var.

Birincisi, məmurların, onlara bağlı şirkətlərin suya ehtiyacı adi adamlardan öncə ödənilir, məhdudiyyətsiz su alırlar.

Bundan başqa torpaq suvarma kanallarında su itkisi 40-50 faizdir. İkincisi isə insanlıq 10 min il əvvəl Mesopatamiyada primitiv alətlərlə və üsullarla necə suvarmağı öyrəniblərsə, məmləkətdə indi də eyni qaydada torpaq sulayırlar.

Ölkə buğdaya olan tələbatının sadəcə 25 faizini daxili istehsalla ödəyir. 75 faiz xaricdən asılıyıq. Bu da telefon, tv, elektrik avadanlığı deyil ki, istehsal edə bilməyək. Doğru sistem qurulsa, asılılığı 30 faizə qədər azaltmaq mümkün ola bilər”. //sherg.az//

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki