Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Storytelling: müasir publicistikanın yeni ifadə formaları və aktual meyillər” mövzusunda təlim başa çatıb. Təlim çərçivəsində iştirakçılara müsabiqə mərhələsi üzrə sertifikatlar təqdim olunub.
Doğru.az xəbər verir ki, tədbirdə təlimi aparan Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, tanınmış jurnalist və yazıçı Natiq Məmmədli sertifikatları təqdim edib. Sertifikat alanlar arasında Doğru.az saytının baş redaktoru Tüzalə Əzimova da yer alıb.
Tədbir ADA Universitetində baş tutub. Təlim zamanı müasir publisistikanın yeni üslubları, ədəbi-bədii janrların tətbiqi, oçerk və felyetonun yazılma prinsipləri, həmçinin media sektorunda hekayəçi üslubunun əhəmiyyəti müzakirə olunub.
Qeyd edək ki, proqramın sonunda təqdim edilən sertifikatlar həm yaradıcı yanaşmanın təşviqi, həm də jurnalistlərin peşəkar inkişafının stimullaşdırılması məqsədi daşıyır. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
DOĞRU.AZ





























