image-2000x150px
image-123
image-ads_atlas
image-k5mui4yky0o3vtb6kvfprh0lb7spu2r3dolpnfpzbackend

ADA ilə Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıb

image-728x90px

Aprelin 23-də İtaliyanın Alma Mater Bolonya Universitetinin rektoru Giovanni Molari rəhbər işçilər və on iki professor-müəllimdən ibarət nümayəndə heyəti ilə ADA Universitetinə gəlib.

ADA Universiteti və Bolonya Universiteti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıb.

Proqram ixtisaslararası yanaşmanı təşviq edən və qida sisteminin idarə olunması, dəqiq və davamlı əkin, su-qida əlaqəsi, kənd təsərrüfatı istehsalı/bağçılıq sistemi, heyvandarlıq məhsullarının istehsalı, qida elmi və texnologiyası kimi geniş tematik sahələri əhatə edən sektorda “nou-hau” (təcrübəni) artırmaq məqsədi daşıyır.

Sertifikat proqramı üç modulda təqdim olunacaq: ilk modul Bakıda, ikinci modul onlayn formatda, sonuncu modul isə iyul ayında Bolonyada təşkil olunacaq. Proqram tədqiqatçılar, şirkət rəhbərləri və dövlət qurumlarının nümayəndələri də daxil olmaqla Azərbaycanın aqroərzaq sistemi ilə maraqlanan tərəfləri və nümayəndələri bir araya gətirir.

Qonaqları və iştirakçıları salamlayan ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, bu tədbir İtaliya-Azərbaycan Universiteti layihəsinin üç ilə yaxın davam edən əsas işlərindən və danışıqlardan sonra icra mərhələsinin başlanğıcıdır.

Rektor Giovanni Molari Bolonya Universiteti ilə ADA Universiteti arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayaraq bu sertifikat proqramlarının dərəcə proqramları üzrə səmərəli əməkdaşlığa səbəb olacağına əminliyini ifadə edib. O qeyd edib ki, hazırkı sertifikat proqramı həyata keçiriləcək beş proqramdan birincisidir və bu, daha ümumi yanaşma ilə xarakterizə olunacaq. Digər proqramlar isə heyvandarlıq məhsullarının istehsalı, qida texnologiyası, bioenerji, dəqiq əkin, torpaq və suyun idarə edilməsi kimi spesifik mövzulara diqqət yetirəcək.

Nümayəndə heyəti, həmçinin elm və təhsil naziri Emin Əmrullayev və kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşüb.

ADA ilə Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıbADA ilə Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıbADA ilə Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıbADA ilə Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıbADA ilə Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıbADA ilə Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıbADA ilə Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıbADA ilə Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıbADA ilə Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıbADA ilə Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıbADA ilə Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıb

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki