Ağ Evin sözçüsü Karolin Levitt ABŞ prezidenti Donald Trampın maliyyəçi Ceffri Epşteynlə bağlı sual verdiyi üçün jurnalisti “donuz” adlandırmasına münasibət bildirib.
Doğru.az xəbər verir ki, Levitt brifinqdə Trampın “çox dürüst insan” olduğunu deyib və onun yalan xəbərlərə qarşı həssas olduğunu vurğulayıb. RİA Novosti-nin sitatına görə, sözçü belə deyib:
“O, yalan xəbərləri görəndə bunu açıq şəkildə bildirir. Özünə və administrasiyasına dair yalanlar yayan jurnalistlərdən əsəbiləşir”.
Levitt media nümayəndələrinin hadisə ilə bağlı əlavə şərh istəyinə də bu şəkildə cavab verib.
Xatırladaq ki, Tramp daha əvvəl ABŞ prezidentinə Epşteynlə mümkün əlaqələri barədə sual verən jurnalist Ketrin Lyusini “donuz” adlandırmışdı.
DOĞRU.AZ




























