image-2000x150px
image-123
image-ads_atlas
image-dknxtypaus6ghjdwzd5bexonricx20votrlingstbackend

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlərə sənəd qəbulunun vaxtı uzadıldı

image-728x90px

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlərə sənəd qəbulunun vaxtı uzadılıb. Aqrar Sığorta Fondundan verilən məlumata görə təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu 15 yanvar 2023-cü il tarixindək davam edəcək. Aqrar Sığorta Fondunun inzibati binasında – Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında təşkil olunacaq təlimlər 2023-cü il yanvar ayının 25-də başlayacaq və namizədlərin çoxluğu nəzərə alınaraq mərhələli şəkildə keçiriləcək

“Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən imtahanlar bir mərhələdə keçiriləcək. İmtahan sualları yalnız təlim proqramını əhatə edir, eyni zamanda peşə təhsilli şəxslərə də (müvafiq sahə üzrə 5 illik iş təcrübəsinə malik olduqda) imtahanlarda iştirak imkanı yaradılır.

Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:

Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;

Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;

Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.

Təlimdə 71 ixtisas üzrə ali, orta ixtisas və ya peşə təhsilli şəxslər iştirak edə bilərlər.

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin təlimi və sənəd qəbulu haqqında daha ətraflı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi və ya aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki