image-n1karobka_ads
image-123
image-17637358485211539078_1200x630backend

Bakıda D-8 Media Forumunda Bakı Bəyannaməsi qəbul edilib

image-ad_qayo_720x110px

Bakıda keçirilən “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunda üzv dövlətlər arasında media sahəsində birgə inkişaf və əməkdaşlıq məqsədilə Bakı Bəyannaməsi imzalanıb.

Doğru.az xəbər verir ki, forumda Azərbaycan, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyədən hökumət və media nümayəndələri iştirak edib. Bəyannamədə D-8-in gücləndirilməsi, üzv dövlətlər arasında media əməkdaşlığının artırılması, rəqəmsal bacarıqların inkişafı, media savadlılığı və jurnalistika etik standartlarının təmin olunması prioritet kimi qeyd olunub.

Həmçinin, Azərbaycan tərəfindən D-8 Media Mükəmməlliyi Mərkəzinin yaradılması, ölkələrarası proqram mübadiləsi və birgə istehsal təşəbbüslərinin dəstəklənməsi qərara alınmışdır. Forum çərçivəsində üzv dövlətlər, həmçinin dezinformasiya və zərərli rəqəmsal məzmuna qarşı birgə mübarizə aparmaq öhdəliyi götürüb.

Bəyannamə 21 noyabr 2025-ci il tarixində Bakıda qəbul edilib və D-8 ölkələri arasında media sahəsində davamlı əməkdaşlığın inkişafına töhfə verməsi gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki