image-2000x150px
image-123
image-ads_atlas
image-ae2a12eb-98a8-3088-baa9-ad91aae61607_850backend

Biləsuvarda yonca sahələrinə zərərverici həşəratlar yayılıb

image-728x90px

Biləsuvar rayonunda yonca sahələrinə zərərverici həşəratlar yayılıb.

Bu barədə rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, zərərverici həşəratlar yoncanın yarpaqlarını bütünlüklə yeyərək məhv edir və bununla da bitkinin yalnız quru budağı qalır.

Fermerlər buna görə də bu il yoncanın məhsuldarlığının xeyli aşağı düşəcəyini bildiriblər.

Həmçinin sahibkarlar bunun yonca bağlamalarının qiymətinin artacağına da səbəb olacağını söyləyiblər.

Məsələ ilə bağlı kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev “Report”un yerli bürosuna bildirib ki, yonca bitkisinin əsas zərərvericisi fitonomus böcəyidir.

Mütəxəssisin sözlərinə görə, ötən ay hava şəraiti mülayim keçdiyi üçün belə bir vəziyyət yaranıb: “Ona görə də yonca bitkisi əkiləndən 4 il sonra ərazi şumlanmalıdır. Həmin sahəyə texniki bitkilər əkilməlidir”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki