image-2000x150px
image-123
image-ads_atlas
image-c9a692c0-88b6-46c7-b10a-f23949ff81e2backend

 Claas Xerion-4000 modeli Azərbaycanda təqdim edildi

image-728x90px

Qlobal iqlim dəyişikliyi kənd təsərrüfatı sahəsinə birbaşa təsir göstərən amillərdəndir. Dəyişən iqlim faktorları, artan əhali sayı torpaq resurslarından səmərəli istifadəni məcbur edir.

Azərbaycan Respublika arid zonada yerləşdiyi üçün torpaq və su resurslarından səmərəli istifadə fermerlər qarşısında duran əsas strateji faktorlardan birini təşkil edir.

“4S” şirkəti Azərbaycan fermerlərinə dünyanın ən məşhur və innovativ kənd təsərrüfatı texnikalarını təqdim etməkdədir. Xüsusi olaraq Almaniyanın Claas markasının texniki vasitələri Azərbaycanın aqrar sektorunda artıq uzun illərdir ki, səmərəli və məhsuldar fəaliyyət göstərməkdədir. Bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resursqoruyucu yeni texnikaların nümayişi” mövzusunda müşavirə çərçivəsində “4S” bir sıra müasir texnologiyaları Azərbaycan fermerlərinə nümayiş etdirdi.

Əsl zəhmətkeş 232 at gücünə malik AXION 820-nin bütün komponent və sistemləri yüksək möhkəmlik və uzun xidmət müddəti üçün nəzərdə tutulub. Ona həqiqətən etibar etmək olar.

Yolda qarşınıza təpəciklər və çuxurlar çıxsa da, AXION 820 sizin heç nə hiss etməmənizin qayğısına qalacaq. Çünki bu, öz güc sinfində tam 4 nöqtəli asqı ilə təchiz edilmiş kabinəyə malik olan yeganə traktordur. Lakin bu, traktorun hər cəhətdən üstün amortizatorlarının işinin sadəcə bir nümunəsidir.

Misal üçün, mexanizator kürsüsü beli dəstəkləyən pnevmatik asqı ilə təchiz edilib. Bunun nəticəsində hətta uzun iş günləri ərzində yorulmadan fəaliyyət göstərməyə imkan verir.

“4S” şirkətinin baş direktoru Elxan Ələkbərov qeyd edir ki, AXİON 820-nin kabinəsi adi kabinədən əhəmiyyətli dərəcədə fərqlənir. Hərəkətdən həzz almaq üçün və mexanizatora heç nəyin mane olmamasını təmin etmək üçün CLAAS AXİON 820 modelləri tam asqı sistemi ilə təklif edilir.

CLAAS mütəxəssisləri tətbiq edilən innovasiyalar mexanizator üçün idarəetməni asanlaşdırır.

Azərbaycanlı fermerlər eyni zamanda Xerion-4000 modeli ilə də tanış olmaq şansı əldə etdilər.

Xerion-4000 modeli gücün və intellektin ən uğurlu sintezini təşkil edir. O sadəcə güclü deyil, həm də yüksək manevr qabiliyyətinə malikdir. Bu da onu istənilən işin öhdəsindən asan şəkildə gəlməsinə şərait yaradır. Müxtəlif aqreqatları asan şəkildə Xerion-4000 modeli ilə idarə etmək mümkündür.

“4S” LLC-nin baş direktoru Elxan Ələkbərov Xerion-4000 modellərinin yaranması tarixinə toxunaraq qeyd edir ki, bu güclü maşın 20 illik böyük araşdırmalardan sonra yalnız 1997-ci ildə təqdim edilib və 25 ildir aqrar sektorda ən çox tələb duyulan və etimadı doğruldan texnika hesab edilir.

Elxan Ələkbərov iqtisadçı kimi hesab edir ki, son illər dünya aqrar sahəsində baş verən proseslər məhsuldarlığın artırılması ilə yanaşı, onun istehsal xərclərinin azaldılmasını vacib edir və buna görə də “4S” azərbaycanlı fermerlərə Xerion-4000 və 5000 modelini təqdim edir.

1997-ci ildən daim təkmilləşdirilən Xerion modelləri hal-hazırda dünya fermerləri arasında ən populyar maşın olaraq qalmaqdadır.

Xerion təkcə əkin sahəsində deyil, ümumilikdə kənd yerində fermerlərin müxtəlif işlərini asan şəkildə həyata keçirilməsində yardımçı ola bilər. Praktik olaraq bu gün Xerion-4000 modeli, torpağın şumlanması, gübrələnməsi ilə yanaşı, yol infrastrukturunun qurulmasında, meşə təsərrüfatında geniş istifadə edilir.

Xerion-5000 modelinin ardından təqdim edilən Xerion-4000 modeli 435 at gücünə malikdir. Eyni zamanda Xerion-4000 modeli CEBİS sistemi və s. innovativ texnologiyalarla təchiz edilib ki, bu da mexanizatorun işini maksimum asan və komfortlu edir.

Həmçinin  “Claas Dominator” kombaynının yenilənmiş və gücləndirilmiş 260-cı versiyası fermerlərə təqdim edilib. Bu kombayn artıq uzun illərdir Azərbaycan fermerlərinin ən etibarlı tərəfdaşına çevrilib və özünü uğurla təsdiq edib. Etibarlı və həmişə işləməyə hazır olan dominatorun yeni 260 seriyası 5 saman silkələyənə, eyni zamanda 60% böyüdülmüş təmizləmə sahəsinə, 2 dəfə böyük taxıl çəninə malikdir. Yeni “Dominator”un çənini cəmi 1 dəqiqəyə boşaltmaq mümkündür və bu da sahədə iş əmsalının və yığımın sürətini artırmağa şərait yaradır. Kombayn bütün növ taxıl bitkilərinin yığımında yüksək məhsuldarlıq göstərir.

Rubin-10-un diskli mala hətta çətin şəraitlərdə orqanik kütlənin və torpağın təxminən 12 sm-dək işləmə dərinliyinədək intensiv və həmcins qarışdırılmasını təmin edir və bununla buxarlanma səbəbindən nəm itkisini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

Düzgün məhsuldarlıq üçün torpağın işlənməsi ilə yanaşı həm də səpin texnologiyasının düzgün seçilməsi vacibdir. “4S” mütəxəssisləri qeyd edirlər ki, uzun illərin təcrübəsi göstərir ki, Lemken markasını Solitair-12 səpin avadanlığı Azərbaycanın əkin sektorunda effektiv və yüksək performans göstərməkdədir. 5800 litrlik bunkerin olması uzun müddətli fəaliyyət üçün imkan verir və bu da həm xərcləri optimallaşdırmağa həm də vaxta qənaət etməyə şərait yaradır.

“4S” şirkətinin baş direktoru Elxan Ələkbərov qeyd etdi ki, fermerlər “4S” şirkətinin təqdim etdiyi CLAAS, Lemken və digər innovativ texnologiyaları effektiv lizinq şərləri ilə əldə edə bilərlər. Eyni zamanda “4S” mütəxəssisləri sahədə fəaliyyət göstərən texnikaları daim servis nəzarətində saxlayır və istənilən an effektiv və sürətli müdaxilə etməklə texnikaların uzun müddət dayanmasının qarşısını alır.

Ümumiyyətlə “4S” LLC Azərbaycan fermerlərinə dünya aqrar sektorunun ən innovativ Claas, Lemken, Amazone, Moro Aratri və s. texnikalarını təklif edir. Fermerlər həftənin 5 günü səhər saat 10:00-dan 17:00-a qədər “4S” satış ofisini ziyarət edə və mütəxəssislərdən öz tələbləri üçün təklif edilən texnikalar barədə ətraflı məlumat ala bilərlər. “4S” fermerlərə uzun müddətli və səmərəli fəaliyyət göstərən məhsullar təklif edir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki