image-2000x150px
image-123
image-ads_atlas
image-42f1e8bd-a8db-3e00-8c73-8701d14364d0_850backend

Daşkəsəndə nəsli kəsilməkdə olan bitkilər çoxaldılacaq

image-728x90px

Daşkəsən rayonunda yerləşən “Çovdar” mədəninin ətrafındakı dağlarda nəsli kəsilməkdə olan bir sıra bitkilər çoxaldılacaq.

Bu barədə  “AzerGold” QSC-dən bildirilib.

“2021-ci ilin 14-16 oktyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının Qida və dərman bitkiləri laboratoriyasının əməkdaşlarının iştirakı ilə QSC-nin Daşkəsən rayonunda yerləşən “Çovdar” mədəninin ətrafındakı dağlardan nəsli kəsilmək təhlükəsində olan bitkilər – “Rosa Zangezura”, “Rosa Nisami”, “Pulverulenta” kimi itburnu növləri, həmçinin nadir dekorativ və dərman bitkisi olan “Frangula Grandiflora” (İriyarpaq kövrək mürdəşər) aşkarlanaraq toxumları yığılıb”,- məlumatda deyilir.

“AzərGold” QSC-nin ekoloji layihəsi çərçivəsində yığılan toxumlar xüsusi aqrotexniki qaydada Mərkəzi Nəbatat Bağının təcrübə sahəsinə səpilib və nəticədə təqribən 400 ədəd “Rosa Zangezura”, 450 ədəd “Rosa Nisami”, 267 ədəd “Pulverulenta”, 23 ədəd “Frangula Grandiflora” kolu yetişdirilib.

Layihənin yekun mərhələsi olaraq sözügedən kolların “Çovdar” mədəninin ətrafında yerləşən dağlarda əkilərək çoxaldılması nəzərdə tutulur.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki