ABŞ Prezidenti Donald Tramp yenə də jurnalistlərə ünvanladığı zarafatla gündəmə gəlib.
Doğru.az xəbər verir ki, Tramp kəşfiyyat və koqnitiv testlərlə bağlı çıxışında özünün yüksək nəticə əldə etdiyini bildirib.
Ağ Evin rəhbəri koqnitiv testdən müvəffəqiyyətlə keçdiyini, “əla qiymət” aldığını vurğulayıb. O, jurnalistlərə müraciətlə belə deyib: “Siz bunu edə bilməzdiniz. Siz də edə bilməzsiniz.”
Qeyd edək ki, Tramp bundan əvvəl – oktyabr ayında “mükəmməl” MRT nəticələrinin olduğunu da açıqlamışdı.
DOĞRU.AZ




























