image-n1karobka_ads
image-123
image-17637226344681850108_1200x630backend

Əhməd İsmayılov: Media Mükəmməllik Mərkəzinin yaradılması D-8 ölkələrinin əməkdaşlığını gücləndirəcək

image-ad_qayo_720x110px

Media Forumda Azərbaycanda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Media Mükəmməllik Mərkəzinin yaradılması istiqamətində strateji plan müzakirə olunur. Media Mükəmməllik Mərkəzinin strateji planı forum iştirakçılarına təqdim olunub. Günün sonuna qədər media ekspertlərinin və D-8 ölkələrinin dövlət rəsmilərinin tövsiyələrinin Media Mükəmməllik Mərkəzinin strateji planına daxil edilməsi istiqamətində işlər aparılacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

“Düşünürük ki, gələcəkdə də belə media forumlarının keçirilməsi Azərbaycanın və həmin ölkələrin media subyektləri arasında əlaqələrin inkişaf etdirilməsinə dəstək olacaq. Hazırkı müzakirələr onu göstərir ki, bütün dövlətlər məhz belə bir media forumunun keçirilməsini dəstəkləyir və bunun illik əsasda olması üçün müvafiq bəyanatla çıxış edəcəklər”, – deyə Əhməd İsmayılov diqqətə çatdırıb.

O əlavə edib ki, Media Mükəmməllik Mərkəzi Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılıb. “Mərkəzin yaradılmasında məqsəd D-8 ölkələrindəki media subyektləri əməkdaşlarının arasındakı əlaqələrin genişləndirilməsi, həmin media subyektləri tərəfindən dezinformasiya və saxta xəbərlərlə mübarizə aparılması, eyni zamanda, media sahəsində ixtisasartırma, xəbərlərin hazırlanması prosesinin təşkili və layihələrin həyata keçirilməsidir”, – deyə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru bildirib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki