Tibb elmləri namizədi Svetlana Vaxruşeva Honkonq qripini necə müəyyən etməyin mümkün olduğunu izah edib.
Doğru.az xəbər verir ki, onun sözlərini RİA Novosti agentliyi yayıb. Mütəxəssis bildirib ki, Honkonq qripinin simptomları digər qrip növlərindən fundamental şəkildə fərqlənmir.
Vaxruşevanın sözlərinə görə, xəstəlik adətən qəfil başlayır:
“İnfeksiya sürətlə 38 dərəcədən yuxarı hərarət, üşütmə, əzələ və oynaq ağrıları, güclü baş ağrısı, gözləri hərəkət etdirərkən ağrı və bəzən quru öskürəklə müşayiət olunur”, – deyə o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı Rusiyada dominant qrip növü kimi A (H3N2) – Honkonq ştammını göstərmişdi. Rospotrebnadzor isə ölkə üzrə qripə yoluxma hallarının sayında azalma qeydə alındığını açıqlayıb.
Məlumata görə, Rusiyada H3N2 virusunun Honkonq ştammı əsasən Uzaq Şərq və Sibir bölgələrində daha çox aşkarlanır. SHOT-un məlumatına əsasən, Dağıstanda Honkonq qripindən sonra yaranan ağırlaşmalar nəticəsində iki nəfər həyatını itirib.
DOĞRU.AZ




























