image-2000x150px
image-123
image-ads_atlas
image-9d7b4751f20febd0410572385f81693bbackend

Əvvəl ermənidə idi, indi bizdə – Kəlbəcər balının sirri – Videoreportaj

image-728x90px

Şöhrəti bütün dünyaya yayılan Kəlbəcər balı deyəndə gözlərimiz önündə al-əlvan çəmən çiçəkləri canlanır. ​Əsrarəngiz gözəlliyə malik Kəlbəcərdə yem sarıdan əziyyət çəkməyən arılar meşələrdə çiçəkdən-çiçəyə qonaraq onların ən yaxşılarını seçir.

Bu il üçün kəlbəcərdə arıçıların yaylaq mövsümü artıq yekunlaşdı. Nəticə möhtəşəmdir. Bol məhsul, təmiz bal əldə olunub.

Mobil Mustafayev deyir ki, nəticənin gözəl olacağı öncədən bəlli ildi. Əslən kəlbəcərdən olan arıçımz artıq ikinci dəfədir ata –baba yurduna arı təsərrüfatını gətirir. ​Kəlbəcər balının keyfiyyəti isə dillərə dastandır.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı rəsmi statistikaya görə bu ilki arı mövsümündə Kəlbəcərə 44 min 351 arı ailəsi aparılıb. Bu rəqəm ötən ildən çoxdur. İldən ilə sayın artacağını indidən bəllidir. Kəlbəcər işğaldan azad olunandan sonra rayondan olan sakinlər arıçılığın keçmiş şöhrətinin geri qaytarmaqdadır.

Qarşıdakı hədəflərdə bəllidir. Yerli bazarla yanaşı, dünya şöhrətli kəlbəcər balını ixrac etmək əsas məqsədlərin önündə durur. Bu istiqamətdə hazırlıqlarda tam gücü ilə getməkdədir. Yerigəlmişkən TV-Müsavat olaraq Kəlbəcərə səfərimizdə sıra ilə düzülən arı ailələri rayona ayrıca gözəllik bəxş edir. Bir önəmli faktı əminliklə deyə bilərik ki, istər ölkəmizdə, istər, sərhədlərimizdən kənarda istəyən hər kəs kəlbəcər balının möhtəşəm tamını dada biləcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki