image-ads_n1karobka_mobile
image-6923b74fae5ac942ea5d23c1backend

Keçmiş baş nazir Devid Kemeron prostat xərçəngini etiraf etdi

image-add-a-heading

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron “The Times” qəzetinə verdiyi müsahibədə 2024-cü ildə prostat xərçənginə tutulduğunu açıqlayıb.

Doğru.az xəbər verir ki, Kemeron ötən il prostata spesifik antigen (PSA) testi verdiyini və nəticənin yüksək olduğunu, bundan sonra MRT və biopsiyadan keçdiyini bildirib. O əlavə edib ki, terapiya kursunu tamamlayıb və sonrakı MRT də “böyük rahatlama” gətirib.

Kemeron şəxsi səhhət məsələlərini danışmağı sevmədiyini, amma təcrübəsini paylaşmağın vacib olduğunu vurğulayıb:
“Əgər önə çıxıb bu təcrübəm olduğunu deməsəm, özümü pis hiss edərdim.”

Qeyd edək ki, oktyabrın sonunda ABŞ-ın keçmiş prezidenti Co Bayden də prostat vəzi xərçəngi üçün şüa müalicəsini başa vurmuşdu. Eyni zamanda, epidemioloq Mixail Favorov xərçəngi ölümün ikinci əsas səbəbi kimi qiymətləndirib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki