image-2000x150px
image-123
image-ads_atlas
image-1691156199_1backend

“Kənddən şəhərə” yarmarkası fəaliyyətini dayandırıb? – RƏSMİ AÇIQLAMA

image-728x90px

“Kənddən şəhərə” yarmarkası bağlanmayıb, sadəcə, mövsümü olduğu üçün tələb olduqda fəaliyyət göstərir, tələb olmadıqda isə yarmarkanın işinə fasilə verilir”.

Bu fikirləri Bizim.Media-nın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov qeyd edib.

Nazirlik rəsmisi yarmarkanın bağlanması ilə bağlı yayılan xəbərlərə cavab olaraq bunları deyib:

“Kənddən şəhərə” yarmarkası fasiləsiz fəaliyyət göstərən müəssisə deyil. Burada əsas rolu fermer oynayır. Məsələn, 50 fermer nazirliyə öz məhsullarını yarmarkaya çıxarmaq üçün müraciət edir. Belə olan halda müvafiq qərar əsasında onlara icazə verilir. Müraciət olmadıqda isə yarmarka işləmir.

Fermerlər müxtəlif səbəblərdən – hazırda məhsulun əkin-biçin vaxtı olduğu üçün, o cümlədən havaların isti keçməsi ilə bağlı müraciət etmirlər. Nə vaxt fermerlərdən tələb olarsa, o zaman yarmarka açılacaq.

“Kənddən şəhərə” həm də fermerlərə dəstək platformasıdır. Onun fəaliyyəti üç ildir ki, bu şəkildə davam edir və müxtəlif dövrlərdə tələbata görə dəyişir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki