image-n1karobka_ads
image-123
image-69315ab4ae5ac93a3f67e1cebackend

Nevroloji və psixi pozğunluğu olan insanlar fırıldaqçılara qarşı həssasdır

image-ad_qayo_720x110px

Nevroloji və psixi pozğunluğu olan şəxslər saxta manipulyasiyalara daha çox məruz qala bilərlər.

Doğru.az xəbər verir ki, bu barədə Hemotest laboratoriyasının ekspert həkimi, nevroloq Yekaterina Demyanovskaya RT-yə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, üzvi beyin zədəsi, insult sonrası lezyonlar və koqnitiv pozğunluğu olan insanlar diqqət, qərarvermə və emosional sabitlik baxımından çətinliklər yaşayır, bu da onları fırıldaqçıların hədəfinə çevirir.

Demyanovskaya əlavə edib ki, epilepsiya xəstələri, narahatlıq və depressiya pozğunluğu olan şəxslər də saxta sxemlərə daha həssasdır. Fırıldaqçılar həm emosional təzyiq, həm də sərfəli vədlərlə insanları manipulyasiya edə bilirlər.

Həkim qeyd edib ki, koqnitiv və emosional çatışmazlığı olan insanlar çox vaxt fırıldaqçılara etibar edir və buna görə pul və ya əmanətlərini itirə bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki