image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-04-11t162424-007backend

Palata: “Buğdanın həm istehsalı, həm də ehtiyatı azalıb”

image-728x90px

2021-ci ildə ölkə üzrə ümumi buğda əkini sahəsinin həcmi 572 min 309 hektar olmaqla 2020-ci illə müqayisədə 16 min 106 hektar və ya 2,7%, 2019-cu illə müqayisədə isə 97 min 711 hektar və ya 14,6% azalıb.

Bu barədə Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, istehsal olunmuş buğdanın miqdarı 2021-ci ildə 1885,4 min ton təşkil edərək 2020-ci ilə nisbətən 18,1 min ton və ya 1% artsa da, 2019-cu illə müqayisədə 286,1 min ton və ya 13,2% azalıb.

Qeyd edək ki, bu dövrdə ölkədaxili tələbatın bir hissəsi ehtiyatların hesabına təmin edilməklə buğda statistik balansı üzrə ehtiyatın qalığı 62,3% azalaraq 01.01.2022-ci il tarixinə 325,7 min ton (eləcə də bütün növ un ehtiyatının qalığı 23,3% azalaraq 359,5 min ton) təşkil edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki