Psixiatr və narkoloq Rafael Hakimzanov spirtli içkinin beyinə təsirlərinə diqqət çəkib.
Doğru.az xəbər verir ki, Lenta.ru-nun məlumatına görə, həkim bildirib: “Alkoqoldan müntəzəm sui-istifadə beyin həcminin tədricən azalmasına – kortikal atrofiyaya gətirib çıxarır. Beyin sözün əsl mənasında kiçilir.”
Hakimzanov qeyd edib ki, xroniki içki qəbul edənlərdə boz və ağ maddənin həcmi azalır ki, bu da düşünmə sürətinə, intellektə və öyrənmə qabiliyyətinə mənfi təsir göstərir.
Mütəxəssis həmçinin Wernicke-Korsakoff sindromunu xatırladıb. Bu ağır nevroloji pozğunluq alkoqol asılılığı olan insanlarda B1 vitamini çatışmazlığından yaranır və yaddaşın pozulması, oriyentasiyanın itməsi və konfabulyasiya kimi simptomlarla özünü göstərir.
Hakimzanov əlavə edib ki, alkoqolizm idrakı zəiflədir və insanı mürəkkəb davranış nümunələri qurmaq qabiliyyətindən məhrum edir.
Qeyd edək ki, 2025-ci ilin sentyabrında Rusiya əhalisi alkoqol istehlakını azaldaraq 1999-cu ildən bəri ən aşağı səviyyəyə çatdırıb.
DOĞRU.AZ




























