Sinqapur Milli Universitetinin alimləri qəhvənin qıcıqlanmış bağırsaq sindromunun qarşısını effektiv şəkildə ala biləcəyini aşkar ediblər.
Tədqiqatın nəticələri MDPI-də (Multidisciplinary Digital Publishing Institute) dərc edilib.
Qıcıqlanmış bağırsaq sindromu (İBS) orqanik patologiyanın olmadığı halda ağrı, qarında narahatlıq və bağırsaq disfunksiyası ilə xarakterizə olunan mədə-bağırsaq xəstəliyidir. Bəzi tədqiqatlar göstərmişdir ki, tərəvəz, meyvə, balıq və zeytun yağı ilə zəngin bir pəhriz bu xəstəliyə tutulmuş insanların rifahını yaxşılaşdıra bilər. Sinqapurlu alimlər qəhvə içməyin İBS simptomlarını azalda bilib-bilmədiyini öyrənməyə çalışdılar.
Yeni iş qəhvənin mədə-bağırsaq traktına təsiri ilə bağlı əvvəlki səkkiz tədqiqatın nəticələrinə əsaslanır. Onlarda ümumilikdə 430 minə yaxın insan iştirak edib.
Mənbə: CNN Türk