image-n1karobka_ads
image-123
image-692060d702e8bd190e742d71backend

“Qırılmamış” filminin aktyoru Spenser Lofranko vəfat edib

image-ad_qayo_720x110px

Kanadalı aktyor Spenser Lofranko 34 yaşında dünyasını dəyişib.

Doğru.az xəbər verir ki, “Qırılmamış” filmindəki rolu ilə tanınan aktyorun noyabrın 18-də vəfat etdiyi bildirilir. Ölüm səbəbi hələlik məlum deyil və araşdırma aparılır.

Aktyorun qardaşı Santino Lofranko sosial şəbəkədə qardaşına vida sözləri yazıb:
“Sən çoxlarının xəyal etdiyi həyatı yaşadın. İnsanların həyatını dəyişdin və indi Tanrının yanındasan. Mən səni həmişə sevəcəyəm və darıxacağam”.

Qeyd edək ki, dünən rusiyalı aktyor, rejissor və Rusiyanın əməkdar artisti Sergey Desnitskinin də 84 yaşında vəfat etdiyi açıqlanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki