image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-5backend

Qiyməti kəskin ucuzlaşacaq məhsullar – SİYAHI + FOTO

image-728x90px

“Yaxın günlərdə soğan və kartofun qiymətində enmə müşahidə ediləcək. Bu da yeni mövsümün məhsullarının bazara çıxması ilə əlaqəlidir. Bundan əlavə, ayın sonuna qədər çiyələyin, pomidor və xiyarın da ucuzlaşdığını görə biləcəyik”.

Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

 

O əlavə edib ki, kənd təsərrüfatı məhsullarının qiymətlərində əsas azalmanı may ayında müşahidə edəcəyik:

“Amma bu ucuzlaşma ötənilki qiymətlər səviyyəsinə qədər enməyə bilər. Məsələn, ötən yazda kartof 30-40 qəpiyə qədər ucuzlaşmışdı. Lakin bu il ən yaxşı halda kartof 50-60 qəpiyə qədər ucuzlaşa bilər. Son nəticədə biz ötən illə müqayisədə qiymətlərin bir qədər artması ilə üzləşəcəyik. Bu da bazardakı qiymətlərin struktur dəyişiklikləri ilə bağlıdır. Nəzərə alaq ki, bəzi məhsullar son bir ildə 100 faiz bahalaşıb. Ona görə də ötənilki ucuz qiymətləri biz bir daha görməyəcəyik”.

Akif Nəsirli ucuzlaşmanın təklifin tələbi üstələməsi ilə bağlı olduğunu qeyd edib:

“Yəni bazara yeni və daha böyük həcmdə məhsul çıxarılır. Bu da təbii ki, qiymətlərin enməsinə səbəb olur. Qiymət enişinə digər amil də öz təsirini göstərir. Bu da havaların isti olmasıdır. Bildiyimiz kimi, bəzi məhsulları isti havalarda saxlamaq bir qədər çətin olur. Ona görə də balığın və hətta ətin də ucuzlaşacağını gözləmək olar. Bütövlükdə, ən çox ucuzlaşma mayın üçüncü ongünlüyündə baş verəcək”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki