image-2000x150px
image-1661333104_qma14backend

Quba rayonunda toxum sərgi-satış yarmarkası keçirildi

image-728x90px

Azərbaycanın bölgələrində toxum sərgi-satış yarmarkaları davam edir. Növbəti yarmarka Quba rayonunda təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu,  Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirirb ki, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlər həyata keçirilir. Bu gün Quba rayonunda keçirilən toxum sərgi-satış yarmarkası rayon fermerləri üçün o cümlədən ətraf bölgədən olan fermerləri üçün keyfiyyəti toxum almaq üçün böyük imkanlar yaradır. Çünki məhsuldarlığı artırmaq üçün fermerlər keyfiyyətli toxuma üstünlük verməlidirlər.

Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, kənd təsərrüfatının bütün sahələrində olduğu kimi toxumçuluğun inkişafına mühüm diqqət yetirilir. Fermerlərin keyfiyyətli toxumlarla təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilir.  Bu gün Qubada təşkil edilən yarmarkaya 20-dən çox toxumçu fermer qatılıb. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsədlərdən biri aqrar sahədə potensialı və imkanları öyrənmək, toxum bazarını o cümlədən yerli toxumçuluğu daha da inkişaf etdirməkdən ibarətdir. Sərgi-satış yarmarkasında 30-dan çox sort toxum təqdim edilir.

Mirzə Əliyev yüksək məhsul əldə etmək üçün ilk növbədə rayonlaşmış, torpaq-iqlim şəraitinə uyğun sortun və setrifikatlaşmış əkin materialının seçilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, növbəti toxum sərgi-satış yarmarkası avqustun 29-da Ağcabədidə təşkil olunacaq.

image-1661333108_qma4 image-1661333127_qma5 image-1661333115_qma6 image-1661333041_qma7 image-1661333067_qma8 image-1661333070_qma9 image-1661333095_qma10 image-1661333092_qma11 image-1661333034_qma12-1 image-1661333127_qma13

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki