image-2000x150px
image-1537437326_1537437304_1535981747_40603780_288680058393799_2889861555338346496_nbackend

Rusiyadan Azərbaycana tonlarla zərərli kartof gətirmək istədilər – FOTO

image-728x90px

Rusiyadan Azərbaycana idxal edilən kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkar olunub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Rusiyadan fiziki şəxs Əskərov Şəmistan Kidır oğlu tərəfindən idxal olunan 20 450 kq toxumluq kartof məhsuluna və hüquqi şəxs “AZ-AQRO FARM” MMC tərəfindən idxal olunan 19 950 kq ərzaqlıq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ditylenchus destructor Thor.”- kartof gövdə nematodu, “Clavibacter michiganensis subsp. Sepedonicus” – kartof yumrularında halqavari çürümə) aşkar olunub.

Agentlik tərəfindən istifadəyə yararsız kartof məhsulu partiyalarının məhv edilməsi barədə qərar qəbul edilib.

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ