Noyabrın 10-da rusiyalı aktyor İvan Firsov xərçəng xəstəliyindən vəfat edib.
Doğru.az xəbər verir ki, mərhumun dostu Yuliya bu barədə aif.ru-ya açıqlama verərək deyib: “O, xərçəng xəstəliyindən əziyyət çəkirdi”.
İvan Firsov “Həkim müharibələri”, “Nevski”, “Şef” seriallarındakı və “Mayor Qrom” filmindəki rolları ilə tanınıb.
Aktyorun vidalaşma mərasiminin tarixi və yeri hələlik açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl Vaxtanqov Teatrı aktyor Vladimir Simonovla vida mərasimini başa vurub.
DOĞRU.AZ




























