image-2000x150px
image-123
image-ads_atlas
image-j3fh2eqswxevtvfvhtw8bdlomglvmflznannyvqkbackend

Sabirabad rayonunda toxum sərgi-satış yarmarkası keçirilib – FOTOLAR

image-728x90px

Azərbaycanın bölgələrində toxum sərgi-satış yarmarkaları davam edir. Növbəti yarmarka Sabirabad rayonunda təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC,  Dövlət Toxum Fondu, Aqrar Sığorta Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd edib ki, bu gün rayonda aqrar sahənin inkişafı ilə bağlı geniş tədbirlər həyata keçirilir. Rayon əhalisinin işlə təmin olunmasını yaxşılaşdırmaq məqsədilə istehsal müəssisələri yaradılır, fermerlərə dəstək göstərilir, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına yönəlmiş müvafiq işlər aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, Sabirabadda keçirilən toxum sərgi-satış yarmarkasına maraq böyükdür. Beş rayondan gəlmiş fermer və təsərrüfat sahiblərinin iştirak etdiyi sərgi-satış yarmarkasında 30-dan çox sort toxum təqdim edilir. Bu gün yarmarkada həm yerli, həm də xarici sort toxumlar nümayiş olunur. Fermerlər sertifikatlı toxumlara üstünlük verməlidirlər. Əkin materialı kimi sertifikatlı toxumlardan istifadə məhsuldarlığı 20-30 faiz artırır.

Tədbir iştirakçıları daha sonra toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüblər.

Yarmarkada fermerlər və toxumçuları maraqlandıran suallar ətraflı cavablandırılıb. Fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, səpinin aparılması  qaydaları haqqında ətraflı məlumatlar verilib və informasiya materialları təqdim olunub.

Növbəti toxum sərgi-satış yarmarkası sentyabrın 2-də Cəlilabad rayonunda keçiriləcək.

image-qmilxt2pvcvizycmpja93ynbhomz4cadisarhm0t image-43pyshzewhxi7f9ohe4hwk7ft7kvtl8dsgu9cot0 image-e1odgnq4sww9knbjwscyoya7xuzcrzwdpusq9xtw image-uko4807loavuphwtztinti1i6s18tkjbwm0hv8sp image-fnorm7zjjlce5csmbjwmxan1ogjvwthihyakuvqp image-lvaptshe5b6g6xknjif4d4cdojgayev0i4ey1hkw image-d391zz6q4uplctcfudhyomthlekbfvpdwmjyrg0x image-e3exr7da8sy9nc0egcudh2dwucy3jscjcx2ape2u image-niv2pnbt2yf71wx0wgtrrehkbvnebm57rydmyokx image-ijtzkc195nt2qrrmahknu0wnpphzwkez5xnyp9ft image-aqjfnmhjgisrrs7dm4rttdlc3hrvjnvxjggzfdkm image-8ovbx2qujsdxtgatyuv1ljqfcp790lyc1xrxk7vi image-z4xamajxenuicr9g5q9dawnkdklltwvplihm82u2 image-dill4t9pc0aixdpotmhdv0md5tzkjo4dnp90adtn image-trjmtrssrw4qsyljezrqrjiq70onbqemdipdegsm

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki