Müasir dövrdə “sağlam qidalanma”ya həddən artıq fokuslanmaq bir çox insanda qida çatışmazlığına, qidalanma pozuntularına və psixi sağlamlığın zəifləməsinə səbəb olur.
Doğru.az xəbər verir ki, psixoloq Anna Devyatka RT-yə müsahibəsində bu mövzuda ciddi risklərdən danışıb.
Ekspertin sözlərinə görə, sağlam pəhriz insanın özünü yaxşı hiss etməsinə, gün ərzində enerjili olmasına və kifayət qədər kalori qəbul etməsinə əsaslanmalıdır. Lakin cəmiyyətdə qidalanmaya yanlış yanaşma formalaşıb — sağlamlıqdan çox arıqlıq və ciddi məhdudiyyətlər önə çıxarılır.
Psixoloq bildirib ki, insanlar çox vaxt zərərsiz qidaları — dondurma və ya şokoladı belə yedikdə özlərini günahkar hiss edirlər. Bu yanaşma isə qidanı təhlükə kimi qəbul etməyə, pozuntular və məhdudiyyət dövrlərinə sürükləyir.
Onun sözlərinə görə, istək həddindən artıq olduqda bu, artıq yemək pozuntusuna çevrilir. İnsan toxluq hissini itirir və vəziyyət yalnız psixoloq və ya psixiatr müdaxiləsi ilə düzələ bilər.
Devayatka onu da qeyd edib ki, mağazalarda “sağlam” adı ilə satılan hazır məhsullar çox vaxt yüksək kalorili, lakin qida dəyəri aşağı olur. Bu isə doyumsuzluq, həzm problemləri və əlavə stress yaradır.
Qidalanma mütəxəssisləri həmçinin Yeni il ərəfəsində həddindən artıq yeməyin fəsadları barədə də xəbərdarlıq edirlər.
DOĞRU.AZ




























